HƏMAS Kolumbiya Prezidentinin sionist rejimə kömür ixracını qadağan edən qərarını alqışlayıb.
arannews:irna-Hərəkat vurğulayıb ki, biz Kolumbiyanın sionist işğalçı rejim ilə əlaqələri kəsməkdə göstərdiyi cəsarətli mövqeyini alqışlayırıq. Kolumbiya Prezidenti Qustavo Petro Binyamin Netanyahu hökumətinə Qəzzədə qarşıdurmaya son qoyması üçün təzyiq göstərmək məqsədilə İsrail rejiminə kömür ixracını qadağan edib.
HƏMAS bütün ölkələri faşist İsrail rejimi ilə əlaqələri kəsməyə, sanksiyalar tətbiq etmək, Təl-Əvivi təcrid etmək, onun başçılarını cəzalandırmaq və müharibə cinayətkarı kimi mühakimə etmək üçün hərəkətə keçməyə çağırıb.
Prezidentin saytında dərc olunan bu fərman avqustun 14-də verilib.
Kolumbiya sionist rejimin ən böyük qalıq yanacaq tədarükçüsüdür. Kolumbiya Mədənçilər Təşkilatı xəbərdarlıq edib ki, Kolumbiya və sionist rejim arasında azad ticarət razılaşması səbəbindən ölkə İsrailə kömür ixracını dayandıra bilməz. Kömür istehsal edən şirkətlər belə bir qərara qarşı addım ata bilər.