Tarix : 2024 Aug 20
Kod 64947

Səna: Amerika gəmiləri ilə Qırmızı dənizdən qaçdı - Hüdeydaya təcavüz cavabsız qalmayacaq

Yəmənin Xarici İşlər naziri bazar ertəsi bildirib ki, Amerika Yəmən Silahlı Qüvvələrinin zərbələri altında gəmiləri ilə Qırmızı dənizdən qaçdı və sionist rejimin Yəmənin cənubunda Hüdeydə limanına son hərbi təcavüzü cavabsız qalmayacaq.
arannews:irna-Yəmən hökumətinin Sənadakı Xarici İşlər naziri Camal Amir vurğulayıb ki, sionist rejimin hərbi təcavüzü və onun taktikasına cavab məsələsi Yəmənin rəhbərliyi və hərbi sektoruna aiddir.

 

O deyib: “Hər halda, sionist rejimin Hüdeydə limanına qarşı qorxaq və mənfur hərbi təcavüzünə cavab veriləcək.”

 

Xarici İşlər naziri əlavə edib: “Amerika öz gəmiləri ilə Qırmızı dənizdən qaçdı və indi alternativ bölgələr axtarır. Qarşıdurmanın ilk günündən ABŞ-ın çaşqınlığı aydın görünürdü.

  • Yazılıb
  • da (də) 2024 Aug 20
  • Göndərən رضا رستمی