Tarix : 2024 Aug 22
Kod 64952

Pezeşkiyan və İbrahim sionist rejimin cinayətlərilə mübarizəni vurğulayıblar

Sionist rejimin cinayətlərilə mübarizə İran prezidenti və Malayziya baş nazirinin danışığının mehvərini təşkil edib
arannews:parstoday-İran prezidenti və Malayziya baş naziri ikitərəfli əlaqələrin son durumuna nəzər salıb, Qərbi Asiyadakı cari hadisələri araşdırıblar. Onlar bəzi Qərb ölkələrinin sionist rejimi himayə etmələrinin Qəzzə zolağında cinayətlərin davam etməsinə səbəb olduğunu bildiriblər.

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan və Malayziyanın baş naziri Ənvər İbrahim bir telefon söhbətində Amerikanın və bəzi Qərb ölkələrinin Qəzzə zolağında Fələstin xalqı qarşısındakı siyasətləri və hərəkətlərini tənqid ediblər. Vurğulayıblar ki: Bəzi ölkələrin sionist rejimə media və silah dəstəyi vermələri Qəzzədə atəşkəsin bərqərarı üzrə səyə və insan hüquqlarını müdafiə iddiasına ziddir.

İran İslam Respublikasının prezidenti və Malayziyanın baş naziri həmçinin Qəzzə zolağında soyqırım və qırğının dayandırılması və sionist rejimin cinayətlərilə mübarizə üçün islami ölkələrin ahəngdar hərəkəti və birliyinə təkid ediblər. Bildiriblər ki: İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin sammitinin keçirilməsi bu istiqamətdə atılan təsirli addımdır.

  • Yazılıb
  • da (də) 2024 Aug 22
  • Göndərən رضا رستمی