Tarix : 2024 Aug 23
Kod 64954

Azərbaycan Prezident Administrasiyasına bağlı qəzetdən etiraf

Yeni Müsavat: İsrail hərbçilərinin Azərbaycanda olması mümkündür
arannews:parstoday-Azərbaycan Prezident Administrasiyasına bağlı qəzet təxribat xarakterli yazı dərc edərək Sepahı şantaj edib və sionist rejim hərbçilərinin bu ölkədə mövcudluğuna eyham vurub.

Yeni Müsavat “Azərbaycan SEPAH-ın HƏDƏFİNDƏ - Sərhədimizdə nə baş verir?” sərlövhəli məqalədə bildirir ki, Pezeşkiyanın guya “İsraillə qarşıdurmada Azərbaycanı vurmaq” təklifini verdiyi haqda yayılan iddialardan sonra SEPAH yenidən düşmən üzünü göstərib.

Nəşr əlavə edir ki, İran çoxdan Azərbaycanla sərhəddə İsrailin “kəşfiyyat obyektləri” yaratdığında israr edir. Rəsmi Bakı isə dəfələrlə bunu təkzib edib, öz ərazisindən İrana qarşı hər hansı düşmənçilik hərəkətlərinə yol verməyəcəyini bildirib.

Yeni Müsavat sonra qeyd edir: “Pezeşkiyanın prezident seçilməsindən sonra münasibətlərin inkişafı haqda gözləntilər fonunda İranın əsas gücü olan SEPAH-ın yeni gərginliyə yol açan ittihamları, İran Astarasında hərbi təlimlər nəyə hesablanıb? HƏMAS liderinin öldürülməsinə görə Təl-Əvivə qisas vədi andı içən İran diqqəti Azərbaycana yönəltməklə hədəfmi dəyişdirmək istəyir?”

Tehran-Bakı əlaqələrinin inkişafına görə sionist rejimin tapşırığını yerinə yetirən mətbu orqanı həmçinin yazır ki, İranda guya kimin prezident olmasından asılı olmayaraq, bu dövlətin mahiyyəti dəyişməyəcək. Qəzet lakin sionist hərbçilərin Azərbaycanda olduğunu etiraf edir: “İsraillə Azərbaycan arasında hərbi müstəvidə əməkdaşlıq mövcud olduğundan hər hansı bir İsrail hərbçilərinin Azərbaycanda olması mümkündür. Məsələn, elə İsraildən alınmış hərbi texnikanın istifadəsi üzrə Azərbaycan hərbçilərinə müəyyən təlimlər verən beş-on İsrail hərbçisi Azərbaycanda ola bilər”.

  • Yazılıb
  • da (də) 2024 Aug 23
  • Göndərən رضا رستمی