Prezident və hökumət heyətinin üzvləri İslam İnqilabının banisinin məqbərəsinə gələrək İmam Xomeyni idealları ilə bağlı əhdlərini təzələyiblər.
arannews:irna-Prezident Məsud Pezeşkiyan və hökumət heyətinin üzvləri 24 avqust şənbə günü səhər saatlarında “Hökumət Həftəsi”nin başlanması münasibəti ilə İslam İnqilabının banisinin məqbərəsinə gələrək İmam Xomeyni (r) idealları ilə əhd-peymanlarını təzələyiblər. Prezident və 14-cü hökumət üzvlərini İslam İnqilabının banisinin nəvəsi Seyid Həsən Xomeyni müşayiət edib.
Xatırladaq ki, şəhrivər ayının ilk həftəsi İslam İnqilabının iki böyük dövlət xadimi şəhid Məhəmməd Əli Rəcayi (Prezident) və şəhid höccətül-islam vəl-müslimin doktor Məhəmməd Cavad Bahünərin (Baş nazir) şəhadəti münasibətilə Hökumət Həftəsi adlandırılıb.