Xarici İşlər naziri türkiyəli həmkarı ilə telefon danışığında iki ölkə arasında yaxşı münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, Tehranın bütün mövcud sahələrdə əməkdaşlığı genişləndirmək üçün konstruktiv dialoqları gücləndirməyə hazır olduğunu bildirib.
arannews:irna-Türkiyənin Xarici İşlər naziri Hakan Fidan 24 avqust şənbə günü Seyid Abbas Əraqçı ilə telefon danışığında onu İran İslam Respublikasının Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ölkəsinin ikitərəfli münasibətləri gücləndirmək və inkişaf etdirmək, həmçinin mühüm regional məsələlər və beynəlxalq hadisələr üzərində düşünmək və əməkdaşlıq etmək məqsədi ilə İran İslam Respublikası ilə siyasi məsləhətləşmələri davam etdirməyə hazır olduğunu açıqlayıb.
Türkiyənin Xarici İşlər naziri Tehran və Ankara arasında genişlənən əlaqələrə toxunaraq, Qərbi Asiya regionunda yaranmış gərginliklə bağlı siyasi məsləhətləşmələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
İran İslam Respublikasının Xarici İşlər naziri də Türkiyə Xarici İşlər nazirinə təbriklərinə görə təşəkkür edib, iki ölkə arasında yaxşı münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, Tehranın bütün mövcud sahələrdə əməkdaşlığı genişləndirmək üçün konstruktiv dialoqları gücləndirməyə hazır olduğunu bildirib.
Seyid Abbas Əraqçi Qərbi Asiya regionunda vəziyyətin pisləşməsi, sionist rejimin gərginliyi gücləndirmək və bütün regionda qeyri-sabitlik miqyasını genişləndirmək məqsədi ilə həyata keçirdiyi terror hərəkətlərinə toxunaraq, İslam ölkələri, xüsusilə də iki mühüm ölkə olan İran və Türkiyə arasında məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyini vurğulayıb.