Tarix : 2024 Aug 27
Kod 64961

İran, Türkiyə və Azərbaycan universitetləri arasında kimya və ətraf mühit sahəsində üçtərəfli anlaşma memorandumu

Türkiyənin Ərciyəs, Azərbaycanın Xəzər və İranın Şəhid Mədəni universitetləri üçtərəfli memorandum əsasında kimya və ətraf mühit sahəsində elmi inkişaf məqsədilə əməkdaşlıq edəcək.
arannews:irna-Bu memorandum Təbrizdə Şərqi Azərbaycanın Şəhid Mədəni Universitetində keçirilən 11-ci Beynəlxalq Kimya və Ətraf Mühit Konfransı çərçivəsində imzalanıb.

Azərbaycanın Şəhid Mədəni Universitetinin rektoru çərşənbə axşamı bu konfransın açılış mərasimində deyib: “Ətraf mühit keçmişin qiymətli mirası olaraq bizim əlimizdə əmanətdir. Bacardığımız qədər onu zərərdən qorumaqla və sağlam şəkildə gələcəkdə övladlarımızın öhdəsinə buraxmalıyıq.”

Məhəmmədbaqir Sadiqiazad əlavə edib: “Sənayenin inkişafı və daim artan əhali və bunun nəticəsində insan ehtiyaclarının artması təbii ehtiyatların, sənaye və kənd təsərrüfatı məhsullarının istismarını artırmışdır. Bütün bunlar, şübhəsiz ki, ətraf mühitə dağıdıcı təsir göstərir.”

  •  
  • Yazılıb
  • da (də) 2024 Aug 27
  • Göndərən رضا رستمی