Türkiyənin Ərciyəs, Azərbaycanın Xəzər və İranın Şəhid Mədəni universitetləri üçtərəfli memorandum əsasında kimya və ətraf mühit sahəsində elmi inkişaf məqsədilə əməkdaşlıq edəcək.
arannews:irna-Bu memorandum Təbrizdə Şərqi Azərbaycanın Şəhid Mədəni Universitetində keçirilən 11-ci Beynəlxalq Kimya və Ətraf Mühit Konfransı çərçivəsində imzalanıb. Azərbaycanın Şəhid Mədəni Universitetinin rektoru çərşənbə axşamı bu konfransın açılış mərasimində deyib: “Ətraf mühit keçmişin qiymətli mirası olaraq bizim əlimizdə əmanətdir. Bacardığımız qədər onu zərərdən qorumaqla və sağlam şəkildə gələcəkdə övladlarımızın öhdəsinə buraxmalıyıq.”
Məhəmmədbaqir Sadiqiazad əlavə edib: “Sənayenin inkişafı və daim artan əhali və bunun nəticəsində insan ehtiyaclarının artması təbii ehtiyatların, sənaye və kənd təsərrüfatı məhsullarının istismarını artırmışdır. Bütün bunlar, şübhəsiz ki, ətraf mühitə dağıdıcı təsir göstərir.”