Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Ofisinin üzvü, Ərəb və İslam əlaqələri üzrə məsul şəxs Xəlil Əl-Həyyə doktor Seyid Abbas Əraqçi ilə telefon danışığında onu İran İslam Respublikasının Xarici İşlər naziri seçilməsi münasibətilə təbrik edib.
arannews:irna-Siyasi Ofisin üzvü həmçinin Qəzzədə atəşkəs danışıqlarının son vəziyyəti ilə bağlı da məlumat verib, ölkəmizin Xarici İşlər naziri ilə sionist rejimin işğal olunmuş ərazilərdəki son cinayətləri və bu rejimin Məscidül-Əqsadakı vəziyyəti dəyişmək səylərini müzakirə edib. Şəhid nazir Əmir Abdullahiyanın Fələstin xalqının müqavimətini dəstəkləməkdə göstərdiyi səyləri yüksək qiymətləndirən Xəlil Əl-Həyyə vurğulayıb: “Fələstin xalqı İran İslam Respublikasının Fələstin ideallarına və onların sionistlərin cinayətlərinə qarşı müqavimətinə daimi dəstəyini yüksək qiymətləndirir.”
Doktor Əraqçi də cənab Xəlil Əl-Həyyəyə telefon zəngi və təbrikinə görə təşəkkür edərək vurğulayıb: “İran İslam Respublikasının 14-cü hökumətdə məzlum Fələstin xalqına və müqavimətə dəstək yanaşması güclü şəkildə davam edəcək.”
Ölkəmizin Xarici İşlər naziri qeyd edib ki, İran İslam Respublikası Qəzzədə müqavimətçi Fələstinin xalqı, müqavimət qrupları və HƏMAS tərəfindən qəbul edilən atəşkəs və müharibənin dayandırılması üçün istənilən razılaşmanı dəstəkləyəcək.
Xarici İşlər naziri Qəzzə əhalisi və müqavimət qüvvələrinin sionistlərin cinayətlərinə qarşı 11 aylıq duruşunu təqdir edib və əmin olduğunu bəyan edib ki, son qələbə Fələstin xalqının olacaq və İran İslam Respublikası sona qədər onların yanında dayanacaq.