Tarix : 2024 Aug 30
Kod 64967

Pezeşkiyan: İranın siyasəti münaqişədən qaçmaq, bütün ölkələrlə qarşılıqlı əlaqə və münasibətləri genişləndirməkdir

Prezident İranın dünyada istənilən təcavüzü pislədiyini bəyan edərək deyib: “Bizim siyasətimiz gərginlik və münaqişədən qaçmaq, sülh və dostluq, dünyanın bütün ölkələri ilə qarşılıqlı əlaqə və münasibətləri genişləndirməkdir. Amma əgər bizim ölkəmiz sanksiyalar və təzyiqlərlə nəyisə etməyə məcbur olacaqsa, şübhəsiz ki, yanaşmamız və davranışımız da başqa istiqamətə sövq olacaq.”
arannews:irna-Məsud Pezeşkiyan Norveçin Baş naziri cənab Yunas Qar Störin çərşənbə günü, 28 avqust axşam saatlarında baş tutan telefon zənginə cavabında iki ölkə arasındakı münasibətlərin tarixi keçmişinə toxunaraq deyib: “İran İslam Respublikası Norveçlə əlaqələrin genişləndirilməsində maraqlıdır. Ümid edirik ki, bu danışıqlar iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə və güclənməsinə, eləcə də dünyada sülh və sabitliyin bərqərar olması və təhlükəsizliyin artırılması üçün ortaq həllərin əldə olunmasına gətirib çıxaracaq.”

 

Prezident daha sonra İranın regionda və dünyada təhlükəsizlik yaradan rolunu vurğulayaraq deyib: “İran İslam Respublikası sülh və dostluğu genişləndirməyə çalışmaqla yanaşı, həmişə istənilən yerdə istənilən təcavüzü pisləyib və dünyada zorakılıq və sabitsizlik müharibəsini dayandırmaq üçün əməkdaşlığa hazırdır.”

 

Pezeşkiyan söhbətinin başqa bir hissəsində ABŞ hökumətinin JCPOA-nı pozmasını tənqid edib və Avropa ölkələrinin bu sazişdəki öhdəliklərinə əməl etməməsindən narazılığını bildirərək deyib: “İran İslam Respublikası JCPOA sazişindəki bütün öhdəliklərini yerinə yetirdi, amma Amerika müqaviləni pozaraq bu sazişdən birtərəfli qaydada çıxmaqla yanaşı, ölkəmizə və xalqımıza qarşı təzyiq və sanksiyaları artırdı. Təəssüf ki, Avropa ölkələri də gözlənilənlərin əksinə olaraq öhdəliklərinin bir bəndini belə yerinə yetirmədilər.”

  • Yazılıb
  • da (də) 2024 Aug 30
  • Göndərən رضا رستمی