Ölkəmizin Xarici İşlər naziri deyib: “İran Fars Körfəzi Əməkdaşlıq Şurası və onun üzvləri ilə dostluq və qardaşlıq münasibətlərini yaxşılaşdırmaqda maraqlıdır və belə inanır ki, İran və Əməkdaşlıq Şurası arasında münasibətlər qarşılıqlı anlaşma və əməkdaşlıq üçün yeni mərhələyə qədəm qoymalıdır.”
arannews:irna-Fars Körfəzi Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi Seyid Abbas Əraqçi ilə telefon danışığında onu Xarici İşlər naziri seçilməsi münasibətilə təbrik edib, İran İslam Respublikası ilə Fars Körfəzi Əməkdaşlıq Şurası arasında əməkdaşlıq və əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə edib və fikir mübadiləsi aparıb. Fars Körfəzi Əməkdaşlıq Şurasının Baş katibi regionda sülh və sabitliyin təşviqində İran İslam Respublikasının mövqeyinin əhəmiyyətini vurğulayaraq deyib: “Fars Körfəzi Əməkdaşlıq Şurasının üzvləri regionun əsas problemləri ilə bağlı İran İslam Respublikası ilə məsləhətləşmələrdə və qarşılıqlı fəaliyyətdə maraqlıdırlar.”