Bu quruluşlar siyasi, iqtisadi və təhlükəsizlik qanun-qaydalarla ölkələr arasındakı əməkdaşlıqları ədalətli şəkildə tənzimləməyə daha qadir deyillər
İran servisi/Aran Agentliyi
İİR-nin prezidenti vurğulayıb: Amerikanın istilaçılığı öz xəttinin sonuna çatıb. İRNA-nın verdiyi məlumata əsasən, İİR prezidenti Mahmud Əhmədinejad bazar ertəsi günü Tehranda Əlcəzairli həmkarı Əbduləziz Botefliqə ilə görüşdə, hazırda dünyaya hakim kəsilmiş quruluşların öz qabiliyyətlərini itirməsini bildirərək, əlavə edib: Bu quruluşlar siyasi, iqtisadi və təhlükəsizlik qanun-qaydalarla ölkələr arasındakı əməkdaşlıqları ədalətli şəkildə tənzimləməyə daha qadir deyillər.
Əhmədinejad BMT-nin Təhlükəsizlik Şurası və başqa beynəlxalq təşkilatların müxtəlif ölkələr, o cümlədən İraq, Əfqanıstan, Fələstin, Livan və Sudandakı toqquşmalar və mülki vətəndaşların qırğınının qarşısını ala bilmədiklərini bildirərək, vurğulayıb ki, qeyd edilən təşkilatlar və qanun-qaydalar yalnız böyük qüdrətlərin mənafelərinin təminedicisidir.
İran prezidenti İranla Əlcəzairin islam dünyasındakı təsiredici roluna işarə edərək, əlavə edib: Regional və beynəlxalq məsələlərin həll edilməsi üçün müsəlman ölkələrin fikir mübadilələri və əməkdaşlıqları məntəqə xalqlarının daha da bir-birlərinə yaxınlaşmasında təsiredici ola bilər. İran prezidenti Əlcəzairin İranın nüvə məsələləri haqdakı mövqelərinə görə təşəkkür edərək, sülhsevər nüvə enerjisinə yiyələnməkdə İranın hərəkətləri prosesini və bu haqda böyük qüdrətlərin maneçiliklərini şərh edərək, dialoq və müzakirələrin İranın nüvə məsələsinin ən yaxşı çözüm yolu adlandırıb və deyib: Rəsmi Tehran bütün dialoq yollarını açıq qoyubdur.
Əlcəzair prezidenti də İranın səmimi qonaq pərvərliyindən sevinci hissini bildirib və son regional və beynəlxalq məsələləri şərh edərək, deyib: Əlcəzairin siyasi iradəsi İranla əlaqələri genişləndirməkdir.
Əbdüləziz Botefliqə cari həftənin bazar günün bir yüksək səviyyəli heyətə sədrlik edərək, İİR-nin prezidentinin rəsmi dəvəti ilə Tehrana gəldi və özünün üç günlük səfəri müddətində İranın yüksək rütbəli rəsmiləri ilə görüşdü. Əbdüləziz Botelfiqə Mahmud Əhmədinejadla birlikdə bir neçə əməkdaşlıq sənədləri və anlaşmanı imzalamağı bu səfər çərçivəsindəki proqramına daxil edib.
Həmçinin Əlcəzair prezidenti bu gün səhər İİR-nin banisinin pak mərqədi İmam Xomeyni(r.ə)-in pak hərəmində olub buket hədiyyə etdikdən sonra, İİR-nin banisinin pak mərqədinin xatirə dəftərini imzalayıb.