Tarix : 2024 Sep 01
Kod 64970

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram və Bakı ilə birbaşa danışıqlara üstünlük verirəm

Ermənistan Azərbaycanla münasibətlərin normallaşması üçün birbaşa danışıqlara üstünlük verir. Ölkənin baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan-Ermənistan sərhədində görüş keçirməyə hazırdır.

arannews:parstoday-bu barədə baş nazir şənbə günü mətbuat konfransı zamanı deyib.

“Mən bu formatda görüşə (Azərbaycan Prezidenti ilə) hazıram”, - baş nazir deyib.

Onun sözlərinə görə, iki ölkə arasında sülh sazişi üzərində ikili formatda aparılan iş effektivdir.

“Biz bütün beynəlxalq tərəfdaşlarımızın Ermənistanla Azərbaycan arasında sülh prosesi üçün səylərini yüksək qiymətləndiririk. Artıq uzun müddətdir ki, Azərbaycanla ikili formatda iş aparılır. Bu format özünün effektivliyini göstərib”, - o deyib.

N.Paşinyan qeyd edib ki, o, bu barədə Rusiya Prezidenti Vladimir Putinə də son telefon danışığı zamanı deyib.

  • Yazılıb
  • da (də) 2024 Sep 01
  • Göndərən رضا رستمی