Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın Siyasi Ofisinin rəhbərinə qarşı terror aktının İranı təxribata çəkmək cəhdi olduğunu bildirərək vurğulayıb: “İran İslam Respublikası heç vaxt təxribat xarakterli hərəkətlərə boyun əyməyəcək.”
arannews:parstoday-Rusiya XİN rəhbəri qeyd edib ki, hazırda görünən odur ki, Təl-Əviv qonşu ölkələrin müdaxiləsi ilə İran və İsrail arasında böyük müharibəyə başlamaq istəyən yeganə tərəfdir. “İsrail regionda yaranmış şərait və imkanlardan yararlanmaq niyyətində olduğunu gizlətmir” - deyə, o, əlavə edib.
İsmayıl Həniyyənin Tehranda terror edilməsini İranı təxribata çəkmək üçün bir hərəkət olduğunu bildirən Lavrov deyib: “Qərblilər İranı təhrik etməyə çalışsalar da, İran təxribat xarakterli hərəkətlərə boyun əymək istəmir, qətiyyətlə, böyük bir müharibəyə girməkdən uzaq dayanır.”