Tarix : 2024 Sep 02
Kod 64973

İran Ordusunun HHMQ komandanı: HHM Qüvvələri İslam vətəninə edilən təcavüzü dəf etməyə hazırdır

İran İslam Respublikası Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı deyib: Ordunun qüdrətli HHM Qüvvələri İslam vətəni ərazisində düşmənin hər hansı mümkün təcavüzünü dəf etmək və ona qarşı durmaq gücünə və hazırlığına malikdir.
arannews:parstoday-Briqada generalı Əlirza Səbahi Fərd bazar günü İmam Xomeyninin (r.ə.) hərəmində keçirilən İslam Respublikasının qurucusunun idealları ilə Hava Hücumundan Müdafiə Qüvvələrinin komandir və əməkdaşlarının əhdlərini yenilənməsi mərasimi çərçivəsində jurnalistlərə deyib: Bu gün HHM Qüvvələrinin bütün avadanlıqları ölkə daxilində iranlı mütəxəssislər tərəfindən hazırlanıb və dünyanın ən qabaqcıl və müasir müdafiə sistemlərindən irəlidədir.

O, əlavə etdi: Bizim müdafiə texnikamız mövcud təhdidlər əsasında qurulub və biz hətta mövcud təhdidlərdən də irəlidəyik və bu hazırlıqlarımız var və biz onlardan təhdidlərə qarşı qüdrətli şəkildə istifadə edəcəyik.

  • Yazılıb
  • da (də) 2024 Sep 02
  • Göndərən رضا رستمی