Tarix : 2024 Sep 03
Kod 64974

İran şəhid Həniyyənin qisasını dəqiq və hesablanmış şəkildə alacaq

Vəliyyi-Fəqihin SEPAH-dakı nümayəndəliyinin koordinator müavini deyib: “İran İslam Respublikası uyğun vaxt və uyğun şəraitdə dəqiq və hesablanmış şəkildə şəhid Həniyyənin qanının və sionistlərin onun torpağında törətdiyi terror aktının qisasını mütləq alacaq.”
arannews:irna-General-mayor Fərəciyanzadə çərşənbə axşamı Həmədanda Kuyi Məhəmmədiyyənin 27 şəhidinin xatirəsini anma mərasimində deyib: “Müqavimət cəbhəsinin qüvvələri İmam Xomeyni və şəhdidlər məktəbinin yetirmələridir. Bu məsələ müqavimət cəbhəsini bu gün regionda söz sahibi edib.”

Fərəciyanzadə bildirib ki, HƏMAS, Yəmən Ənsarullah Hərəkatı və Livan Hizbullahı müqavimət cəbhəsi İran şəhidlərindən müqavimət dərsi aldılar. Bu, onların sionist rejimə məğlubiyyəti dadızdırmalarına səbəb oldu. Bunun nəticəsi isə sionist rejim və onun havadarları üzərində son qələbədir.

Vəliyy-fəqihin SEPAH-dakı nümayəndəliyinin koordinator müavini deyib: “Bu gün İslam İnqilabı region ölkələri üçün vəsfə sığmayan müqavimət modelinə çevrilib. Düşmən İslam İnqilabının fədakarlıq və şücaət mədəniyyəti ilə mübarizə apara bilməz, çünki bu model transsərhəddir.”

“Bu gün ölkənin izzəti, azadlığı və müstəqilliyi şəhidlərin qanına, həmçinin cəmiyyətin şəhidlərdən örnək götürməkdən irəli gələn əzmkarlığına və fədakarlığına borcludur”- deyə, general-mayor Fərəciyan qeyd edib.

  • Yazılıb
  • da (də) 2024 Sep 03
  • Göndərən رضا رستمی