Tarix : 2024 Sep 05
Kod 64979

Kənani: Məşhur Fələstinli aktyorun qanı Fələstin xalqının məzlumluğunun fəryadıdır

Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Məşhur fələstinli aktyorun qanı Qəzza zolağında 40 mindən çox fələstinli şəhidin qanı ilə birlikdə Fələstin xalqının məzlumluğunu, işğalçı sionistlərin qəddarlığını və insan haqları iddiaçılarının riyakarlığı və yalanlarını fəryad edir.
arannews:irna-Nasir Kənani virtual məkanda şəxsi səhifəsində yazıb: Sionist cinayətlərinin əhatə dairəsi fələstinlilərin bütün təbəqələrini əhatə edir və Tel-Əvivi idarə edən cinayətkar dəstə insan qanı ilə qidalanan, hər gün yeni qanlı qətllər törədən canavar kimidir.

O, sözünə davam etdi: Sionistlərin son cinayətində "Qəbzə Əl-Əhrar" və "Bəvvabə Əs-Səma" seriallarında qəhrəman kimi tanınan məşhur fələstinli aktyor Rəşad Əbu Suxəylə Qəzzada Cəbəliyyə düşərgəsində məktəbin bombalanmasından sonra şəhid oldu.

Kənani vurğuladı: Onun qanı Qəzza zolağında 40 mindən çox fələstinli şəhidin qanı ilə, Fələstin xalqının məzlumluğunun , işğalçı sionistlərin qəddarlığını və insan haqları iddiaçılarının riyakarlığı və yalanlarını fəryadçısıdır.

  • Yazılıb
  • da (də) 2024 Sep 05
  • Göndərən رضا رستمی