Tarix : 2008 Aug 12
Kod 6498

İlin əvvəlindən indiyədək Azərbaycanda qiymətlər 16 faiz artıb

Ötən ay ən çox bahalaşan ərzaq malları olub- 0,9 faiz. İyulda qeyri-ərzaq malları 0,7 faiz, xidmətlərin qiyməti isə 0,3 faiz bahalaşıb
Azərbaijan Servisi/Aran Agentliyi
Ölkədə alternativ inflyasiyanı hesablayan İqtisadi Tədqiqatlar Mərkəzi bildirir ki, ilin əvvəlindən indiyədək ölkədə qiymətlər 16 faiz artıb. Təkcə iyulda 0,7 faiz bahalaşma qeydə alınıb. Ötən ay ən çox bahalaşan ərzaq malları olub- 0,9 faiz. İyulda qeyri-ərzaq malları 0,7 faiz, xidmətlərin qiyməti isə 0,3 faiz bahalaşıb.

Araşdırmalardan məlum olub ki, ötən ay göyərti 66 faiz, yemiş 56, şəkər 21 faiz bahalaşıb. Qeyri-ərzaq məhsullarınıda ən çox bahalaşan mebel və soyuducular olub. Bir ayda mebellərin qiyməti 13 faiz, soyuducuların qiyməti isə 12 faiz qalxıb. Ötən ay xidmətlər sahəsində də bahalaşma olub. Ən çox qiymət artımı restoranlarda qeydə alınıb-15 faiz. Otel və mehmanxanalar tərəfindən göstərilən xidmətlərin qiyməti 11 faiz artıb.

İyulda ərzaq mallarından ən çox ucuzlaşanı pomidor, kartof və buğda unu olub.
İnflyasiya göstəriciləri ilə bağlı mərkəzin hesabmalamaları ilə Statisitika Komitəsində razılaşmırlar. Komitə bildirir ki, belə hesablamalarda qiymət artımı yüksək göstərilir. Komitə 7 aylıq inflyasiya göstəricilərini yaxın günlərdə açıqlayacaq.

Xatırladaq ki, ötən ay Statistika Komitəsi illik inflyasiyanın 20,2 faiz olduğunu bildirib.
 
  • Yazılıb
  • da (də) 2008 Aug 12