Sionist tarixçi Qəzzə müharibəsi zamanı bu rejim ordusunun süqutuna toxunaraq bildirib ki, fələstinlilərlə münaqişə əslində itirilmiş müharibədir və İsrail parçalanır.
arannews:parstoday-Təsnim Beynəlxalq Xəbər Agentliyinin məlumatına görə, Rogel Əlfar Haaretz qəzetindəki məqaləsində İsrail cəmiyyətinin tamamilə parçalanmış olduğunu və işğal olunmuş Fələstinin artıq yəhudilər üçün təhlükəsiz və dinc bir yer olmadığı barədə xəbərdarlıq edib. Öz növbəsində hərbi tarixçi professor Martin Van Karold isə sionistlərin fələstinlilərə qarşı müharibəsinin uğursuz müharibə olduğunu və son nəticədə İsrailin məhvinə səbəb olacağını bəyan edib.
İşğal olunmuş Qüdsdəki İbrani Universitetinin hərbi tarix professoru olan bu sionist tarixçi “İsrail parçalanacaq” başlıqlı məqaləsində bütün fələstinliləri öz torpaqlarından çıxarmağa çağırıb.
O, İsrailin fələstinlilər qovulacağı təqdirdə dünyada cinayətkar tərəf kimi təqdim olunmaqdan qorxmamasını tövsiyə edib.
Digər tərəfdən sionist analitik Gideon Levi deyib: Ən çətin şərtlərlə üz-üzəyik, İsrailin xərçəngi son mərhələyə çatıb və onu müalicə etmək üçün heç bir yol qalmayıb, hətta Dəmir Qübbə sistemi və ya nüvə bombaları da onun xəstəliyini müalicə edə bilməyəcək.