BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi bazar ertəsi səhər verdiyi bəyanatda sionist rejimi boykot etməyə çağırıb.
arannews:parstoday-Maykl Fəxri deyib: İsrail (rejimi) təkcə humanitar yardımların Qəzzaya daxil olmasına mane olmur, həm də Fələstinin məhsul torpaqlarını və qida mənbələrini məhv edir. BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi həmçinin sionist rejimə qarşı sanksiyaların tətbiq edilməsini və onun tərəfdarlarına təzyiq göstərilməsini istəyib.
O, daha əvvəl hesabatında bildirmişdi ki, təxminən 2023-cü ilin dekabrında Qəzza zolağının sakinləri dünya üzrə aclıqdan əziyyət çəkən əhalinin 80%-ni təşkil etmiş və müharibələr tarixində bir xalqın bu sürətlə qıtlıq və aclıq yaşadığına dair heç bir göstərici yoxdur.