Rusiyanın Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ölkəmizin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan ilə görüşündə ölkəsinin Zəngəzurla bağlı qəti və sabit siyasətini vurğulayıb.
arannews:irna-Rusiya Milli Təhlükəsizlik Şurasının katibi əlavə edib: “Rusiya Zəngəzurla bağlı Tehranla əvvəlki razılaşmalara sadiqdir və Moskvanın siyasəti heç bir şəkildə dəyişməyib.
İranın üç adası ilə bağlı Moskva İran İslam Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.” İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əhmədiyan da ölkəmizin bütün sahələrdə, xüsusilə də iqtisadi sahədə əməkdaşlığı artırmağa hazır olduğunu vurğulayıb.