Ali Məqamlı Rəhbərin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi BRİKS ölkələrinin yüksək səviyyəli təhlükəsizlik nümayəndələrinin iclasında ortaq qlobal təhdidlərlə mübarizə məqsədi ilə "BRİKS Təhlükəsizlik Komissiyası" adlı BRİKS-ə xas təhlükəsizlik strukturunun yaradılmasını, beynəlxalq sülh və təhlükəsizlik sahələrində birgə əməkdaşlıq mexanizmlərinin müəyyən edilməsini təklif edib.
arannews:irna-Əli Əkbər Əhmədiyan 11 sentyabr çərşənbə günü BRİKS ölkələrinin yüksək səviyyəli təhlükəsizlik nümayəndələrinin iclasında deyib: “Şübhəsiz ki, 2024-cü ilin əvvəlindən BRİKS-ə yeni üzvlərin qoşulması və bir neçə başqa ölkənin BRİKS-ə qoşulmaq və ya iştirak etmək üçün müraciət etməsi bu qrupun artan gücünün, onun qlobal balanslarda təsirli və danılmaz rolunun, beynəlxalq arenada yeni güc həndəsəsinin bariz göstəricisidir.”
Ali Milli Təhlükəsizlik Şurasının katibi daha sonra deyib: “Bu gün acı bir həqiqətlə üz-üzəyik. ABŞ və bəzi qərbli müttəfiqləri iqtisadi və texnoloji rəqabət səhnəsindəki acizliklərini terror, embarqo və ölkələr arasında gərginliklə kompensasiya etməyə çalışırlar. Bu səbəbdən qlobal təhlükəsizlik və sülh ciddi şəkildə zəifləmiş, qlobal siyasi və təhlükəsizlik strukturları və institutları təsirsiz hala gəlmişdir.”
Əhmədiyan çıxışının davamıdna qeyd edib ki, bu gün dünyanın sülhə həmişəkindən daha çox ehtiyacı var, amma Amerika və müttəfiqlərinin davranışı, elm və texnologiyadan ölkələrin suverenliyini və müstəqilliyini inkar etmək üçün bir vasitə kimi istifadə etməsi, istər İŞİD kimi ekstremist qruplar, istərsə də işğal olunmuş Fələstin ərazilərinə hakim kəsilmiş terrorçu dəstə kimi bəzi cinayətkar rejimlər şəklində terrorizmin inkişafı sülh və təhlükəsizliyi həmişəkindən daha çox təhdid etmişdir.”
Ali Məqamlı Rəhbərin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib: “Biz bir-birimizin iştirakı və sinerjisi ilə güclü və böyük addımlar atmalıyıq. Şübhəsiz ki, BRİKS üzvlərinin ortaq maraqları və eyni zamanda, bizim ortaq təhdidlərimiz müxtəlif sahələrdə daha geniş əməkdaşlığa zəmin yaradır. Bu sahələri daha ağıllı və dəqiq bir baxışla tanımaq və bəyan etmək lazımdır.