Prezident deyib: “Keçmişdə regionun sabitliyini və təhlükəsizliyini hədəf alan terrorçularla və düşmənlərlə mübarizə aparmaq üçün iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq sazişlərini həyata keçirməliyik.”
arannews:irna-Məsud Pezeşkiyan İraqın Baş naziri Məhəmməd Şiya əl-Sudani ilə birgə mətbuat konfransında deyib: “İraqın hörmətli Baş naziri və Prezidenti ilə çox yaxşı görüşlərimiz oldu. İslami İranın Prezidenti kimi ilk xarici səfərimdə dostumuz və qardaşımız İraqa səfər etməyim çox yaxşı fürsət idi.” Prezident əlavə edib: “İran və İraq arasında 14 əməkdaşlıq memorandumu imzalandı və bu, İran ilə İraq arasında əməkdaşlığın genişləndirilməsinin başlanğıc nöqtəsi hesab olunur.”
Pezeşkiyan iki ölkənin geosiyasi vəziyyətinin müzakirə edildiyini bəyan edərək deyib: “Hər iki ölkə Avropa və Asiyanın birləşdirici nöqtəsidir. Tərəflər bu sahədə ekspertlər komitəsinin yaradılmasını və iki ölkə arasında daha çox əməkdaşlığa səbəb olacaq strateji və uzunmüddətli planları müzakirə etdilər.”
“Keçmişdə regionun sabitliyini və təhlükəsizliyini hədəf alan terrorçularla və düşmənlərlə mübarizə aparmaq üçün iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq sazişlərini həyata keçirməliyik, - doktor Pezeşkiyan qeyd edib.
Dövlət başçısı vurğulayıb: “Birlikdə və bir-birimizin yanında olsaq, oda düşməyin qarşısını ala biləcəyik. Biz müstəqil, suveren və təhlükəsiz İraq istəyirik. Bu ölkədə mehribanlığın, dostluq və qardaşlıq mühitinin, eləcə də tərəqqinin olmasını vurğulayırıq.”
Sioist rejimin fələstinlilərə qarşı törətdiyi cinayətlərə toxunan Prezident deyib: “Bu rejim qadınlara, uşaqlara, qocalara qarşı cinayət törədir, Amerika və Avropa bombaları ilə məktəbləri və xəstəxanaları vurur.”
Prezident sionist rejimin özünü müdafiə etmək istəyən hər bir fələstinlini terrorçu adlandırdığını bəyan edərək deyib: “Bu, yeni ədəbiyyatdır ki, özünü müdafiə edənləri terrorçu hesab edirlər.