Tarix : 2024 Sep 13
Kod 64997

İran sionist cinayətlərini dayandırmaq üçün BRİKS-dən addım atmağı tələb etd

İran İslam Respublikasını BRİKS-in yüksək rütbəli rəsmilərinin sammitində təmsil edən Ali Rəhbərin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi bu sammitdəki çıxışında sionistlərin Qəzza və Fələstinin digər işğal olunmuş ərazilərindəki cinayətlərini dayandırmaq üçün BRİKS-ə üzv ölkələrin addım atmasını tələb etdi
arannews:irna-Əli Əkbər Əhmədian Sankt-Peterburqun ev sahibliyi etdiyi bu sammitdəki çıxışında deyib: Təəssüflər olsun ki, bir ilə yaxındır ki, cinayətkar və terrorçu sionist rejim ABŞ və bəzi Qərb hökumətlərinin dəstəyi ilə uşaq və qadından tutmuş qoca və gəncə kimi on minlərlə dinc sakini beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymadan qətlə yetirib və beynəlxalq sülh və təhlükəsizliyi riskə atıb.

BRİKS-in yüksək səviyyəli təhlükəsizlik rəsmiləri sammitində İran nümayəndə heyətinin rəhbəri bu ölkələrin rəsmilərindən qəsbkar sionist rejimin qəddarlığı və cinayətlərinə son qoyulması üçün hər cür köməklik göstərmələrini istəyib.

Əhmədian təklif edib ki, bu görüşün yekun bəyanatında qəsbkar rejimin cinayətlərinin daimi dayandırılması və hərbçilərinin Qəzza və İordan çayının qərb sahilindən tamamilə çıxarılması, əsir və məhbusların dəyişdirilməsi tələbi qeyd edilsin və BRİKS tərəfindən onun təqibinə cavabdeh olan bir komitə yaradılsın.

  • Yazılıb
  • da (də) 2024 Sep 13
  • Göndərən رضا رستمی