Tarix : 2024 Sep 17
Kod 65000

İran rəhbəri: Beynəlxalq idman məsələlərində hakim ölkələrin ikili siyasəti Olimpiya Oyunlarında nəzərə çarpırdı

İnqilabın ali rəhbəri vurğuladı: Son oyunlarda beynəlxalq idman məsələlərində hakim ölkələrin ikili siyasətləri nəzərə çarpırdı.
arannews:irna-İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei İranın 2024-cü il Paris Olimpiya və Paralimpiya Oyunlarında iştirak edən nümayəndə heyətlərinin üzvləri ilə görüşündə Parisdə Olimpiya və Paralimpiya Oyunlarının medal qazananlara, idmançılara, məşqçilərə və nümayəndə heyətlərinin iştirakçılarına təşəkkür edib.

Həzrət Ayətullah Xamenei dedi: Mən çox şadam ki, bir daha bu ölkənin ən əziz övladlarından bir qrupu ilə görüşmək fürsəti əldə etdim. Xüsusən də qürur mənbəyi olan əziz gənc idmançılarımız, İran üçün şərəf və qürur mənbəyi sayılırlar. 

İslam İnqilabının Rəhbəri vurğuladı: Bu il Olimpiya Oyunlarında nəzərə çarpan digər bir məqam da beynəlxalq idman məsələlərində hakim ölkələrin ikili siyasət yürütmələri oldu. Həqiqətən də göstərdilər ki, davranışlarında ikili və qərəzli siyasət hökm sürür.

İnqilabın ali lideri əlavə etdi: Müəyyən bir yerdə müharibəyə başladığı üçün müəyyən bir hökumətə, ölkəyə sanksiya tətbiq edilir;  Amma minlərlə uşağı qətlə yetirən - təxminən bir il ərzində 41 mindən çox insanı öldürən sionist rejim oyunlardan məhrum edilmir. Bax, bu ikili siyasətdir, qərəzlidir.

Həzrət Ayətullah Xamenei qeyd etdi: Biz həmişə bunu deyirik, bəziləri şişirdir; Mübaliğə deyil - idmanın siyasi olmadığını deyirlər, halbuki idmanda ən siyasi hərəkətləri edirlər və göstərirlər.

  • Yazılıb
  • da (də) 2024 Sep 17
  • Göndərən رضا رستمی