Həzrət Məhəmməd Mustafa (s) və İmam Sadiqin (ə) mövludu ərəfəsində İslam İnqilabının Ali Rəhbəri məhkəmələr tərəfindən mühakimə olunan təxminən 3 min nəfərin əfv edilməsi və ya cəzasının azaldılması və yüngülləşdirilməsi ilə bağlı Məhkəmə Sistemi sədrinin xahişini qəbul edib.
arannews:irna-Höccətül-islam vəl-muslimin Möhsin Ejeyi İslam İnqilabının Ali Rəhbərinə yazdığı məktubda İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mübarək mövlud gününün gəlişinə işarə edərək ümumi və inqilabi məhkəmələr, silahlı qüvvələrin məhkəmə təşkilatı və hökumət cəza təşkilatı tərəfindən məhkum edilmiş “iki min səkkiz yüz səksən yeddi” nəfərin əfv olunması və ya cəzasının azaldılmasını və yüngülləşdirilməsini xahiş etmişdi.