İki ölkənin əməkdaşlığı və təsirli rol oynamaları regional və beynəlxalq səviyyədə yeni şərait yarada bilər
İran servisi/Aran Agentliyi
İranın İŞM-nin sədri deyib: İran və Əlcəzair iki mühüm məntəqə olan Fars Körfəzi və Aralıq dənizi məntəqəsində üstün və strateji mövqeyə malik olaraq, əməkdaşlığın səviyyəsini yüksəltmək üçün çox böyük potensiallara malikdirlər. İRNA-nın verdiyi məlumata əsasən, İranın İslami Şura Məclisinin sədri Əli Laricani bazar ertəsi günü Tehranda Əlcəzair prezidenti Əbdüləziz Botefliqə ilə görüşdə rəsmi Tehranla Əlcəzirə arasındakı əməkdaşlıqları İslam dünyası və məntəqənin mənafeyi istiqamətində bilərək, əlavə edib: İki ölkənin əməkdaşlığı və təsirli rol oynamaları regional və beynəlxalq səviyyədə yeni şərait yarada bilər.
İranın İŞM-nin sədri öz söhbətlərinin davamında İranın nüvə mövzusuna və rəsmi Tehranın 5+1 qrupu üzvləri ilə müzakirələr prosesinə işarə edərək, deyib: Rəsmi Tehran özünün xoşməramlılığını göstəribdir və özünün haqlı hüququna malik olmaqda qərbin nigarançılıqlarını aradan qaldırmağa hazırdır.
Bir neçə nazirinin onu müşayiət etdiyi Əlcəzair prezidenti İranı İslamın dərin sivilizasiyanın nümayəndəsi kimi xatırlayaraq, əlavə edib: Siz bir dolğun İran mədəniyyətinin nümayəndəsiniz ki, islami sivilizasiya ilə birləşibdir və Qərb dünyası da bu sivilizasiyanı yaxşı şəkildə tanımalıdır və ona hörmət etməlidir.
Əlcəzair prezidenti öz söhbətlərinin davamında Fələstin xalqını himayə haqda İranın hərəkətləri və siyasətlərinə görə təşəkkür edərək, deyib: İranın Fələstin xalqını himayə etməsi və Sionist rejimin terrorçu hərəkətləri ilə müxalifət etməsinin Qərb tərəfindən pislənilməsinə rəğmən əgər bu məsələ də xalqların fikirləri ilə ölçülürsə, hamı görəcək ki, İran mövqelərinin möhkəmliyi bütün xalqların sitayiş etdikləri məsələdir.
Əlcəzair prezidenti habelə öz ölkəsinin Tehranın nüvə hüququnu himayə etməsini yenidən bildirərək, ümid edibdir ki, hazırkı müzakirələrlə qeyd edilən problemlər diplomatik yollarla həll edilsin.