Tarix : 2024 Sep 22
Kod 65010

İran Xarici İşlər nazirinin Seyid Həsən Nəsrullaha məktubu: Nyu Yorkda Fələstin və Livanın qəhrəman xalqının səsi olacağam

Ölkənin diplomatik xidmətinin rəhbəri Livan Hizbullah Hərəkatının Baş katibinə ünvanladığı məktubda Livan müqavimətinin mücahid və qəhrəman komandiri İbrahim Əqilin şəhadəti münasibətilə təbrik edərkən və başsağlığı verərkən bildirib: “Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olarkən qəhrəman Fələstin və Livan xalqlarının təcavüzkar və cinayətkar sionist rejimə qarşı səsi olmağı öz islami və insani borcum hesab edirəm.”
arannews:irna-ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi Livan Hizbullah Hərəkatının möhtərəm Baş katibi Seyid Həsən Nəsrullaha ünvanladığı məktubda sionist işğalçı rejimlə mübarizənin mücahid və qəhrəman komandiri cənab İbrahim Əqil və Livan islami müqavimət cəbhəsinin bir qrup komandir və mücahidlərinin şəhadəti ilə bağlı onu təbrik edib, eyni zamanda bu münasibətlə başsağlığı verib.
  • Yazılıb
  • da (də) 2024 Sep 22
  • Göndərən رضا رستمی