İran İslam İnqilabı Keşikçiləri Korpusunun koordinasiya üzrə rəis müavini deyib: Sionistlər nə qədər təxribat aparsalar, İran İslam Respublikası bu cinayətlərə cavab verməkdə bir o qədər qətiyyətli olacaq.
arannews:parstoday-“Müqəddəs Müdafiə Həftəsi” proqramlarında iştirak etmək üçün Məşhədə səfər edən briqada generalı Əli Fəzli şənbə günü İRNA-nın müxbiri ilə müsahibədə deyib: Bu gün bölgədə mövcud olan şəraiti nəzərə alsaq, düşmənlərin hədsiz inadkarlığını görmək olar. Sionistlər hərbi imkanlardan kənara çıxırlar Livanın əziz xalqına qarşı mülki imkanlardan istifadə edirlər. Müqəddəs müdafiə keçmişinə malik olan bu komandir dedi: Düşmən haqqında tam məlumatımız var və biz onların imkan və gücü barədə lazımi hesablamalara sahibik. Bu gün bıçaq kafirlərin sümüyünə və onlar özlərini qorumaq və sağ qalmaq üçün heç bir cəhddən əl çəkməyəcəklər. Bu məsələ İran xalqı üçün də aydındır.
İranın sionistlərin cinayətlərinə cavabı ilə bağlı Fəzli əlavə edib: Dini və əqli inanc və əqidəmizə əsaslanaraq, bu insanları və müqavimət cəbhəsini müdafiə edərək onlara ciddi ziyan vuracayıq və təbii ki, bu addımı lazımi şəraitdə atmaq lazımdır.