İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ictimai əlaqələr bölməsi ölkənin 6 vilayətində şəbəkə altında İranda anti-təhlükəsizlik tədbirləri həyata keçirməyi planlaşdıran sionist rejimin 12 əməkdaşının həbs edildiyini açıqlayıb.
arannews:irna-Bəyanatda bildirilir: Sionist rejim və onun qərbli və avropalı havadarlarının, xüsusən də ABŞ-ın Qəzzə və Livan xalqına qarşı pis və şeytani məqsədlərə çatmaqda rüsvayçı məğlubiyyəti və uğursuzluğunun ardınca, bu qondarma və irqçi rejimin cinayətkar başçıları bu günlərin strateji çətinliyindən xilas olmaq üçün böhranı İranın içərilərinə çəkməyə cəhd etmiş və ölkəmizdə bir sıra anti-təhlükəsizlik tədbirlərinin planlaşdırılmasını öz gündəliyinə salmışdı.
SEPAH Kəşfiyyat Təşkilatında İmam Zamanın (ə) naməlum əsgərləri bu məkrli planların qarşısını almaq üçün Uca Allahın köməyi, ayıq-sayıqlıq, zəka göstərməklə, sahə məlumatları əldə etmək və cihadi və inqilabi səylər ilə xalqa qarşı anti-təhlükəsizlik tədbirləri həyata keçirmək niyyətində olan sionist rejimin 12 muzdlu ünsürü və əməkdaşından ibarət şəbəkəni 6 vilayətdə müəyyən etmiş və qətiyyətli kəşfiyyat zərbəsi vurmuşdur.