Rusiyanın İrandakı səfiri Aleksey Dedov və İran Dəmir Yolları İdarəsinin baş direktoru Cabbar Əli Zakiri ilə görüşdə, tərəflər keçmiş razılaşmaların əhəmiyyətini və xüsusilə Şimal-Cənub dəhlizi dəmir yolu sahəsində gələcək əməkdaşlığın genişləndirilməsini vurğulayıblar.
arannews:parstoday-Zakiri bu görüşdə gələcək əməkdaşlığın genişləndirilməsini vurğulamaqla yanaşı, ümidvar olduğunu bildirib: Hindistandan tələbatın yüksək olması səbəbindən biz Şimal-Cənub dəhlizində tranzitin artımını müşahidə edə biləcəyik. Dəmir Yolları İdarəsinin baş direktoru həmçinin Tehranda İran və Rusiya dəmir yolu mütəxəssisləri arasında müştərək texniki iclasın keçirilməsini təklif edib və sərhəd problemləri, imkanları və İranın dəmir yolu layihələrində Rusiyanın investisiya imkanlarının araşdırılmasının vacibliyini vurğulayıb və bu, Rusiya səfiri tərəfindən də müsbət qarşılanıb.
Bu görüşdə Rusiya səfiri də Zakirini vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, Rusiya Dəmir Yolları İdarəsi baş direktorunun səmimi salamlarını və Rusiyaya dəvətini İran İslam Respublikasının Dəmir Yolları İdarəsinin baş direktoruna çatdırıb.
Həmçinin Rusiya səfiri İran İslam Respublikasının beynəlxalq sammit keçirərək Şimal-Cənub dəhlizi ölkələrinə ev sahibliyi etməyi təklif edib.