Xarici işlər naziri Seyid Abbas Əraqçi Avropa İttifaqının ali nümayəndəsi ilə Nyu-Yorkda görüşdükdən sonra X (keçmiş Twitter) sosial şəbəkəsində mesajında yazıb: Bu görüşdə Avropa İttifaqının bəzi üzvlərinin İsrailə dəstəyini dayandırmalı olduğunu vurğuladım.
arannews:parstoday-Əraqçinin mesajında deyilir: Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell ilə nüvə danışıqları, İsrailin Livana təcavüzü nəticəsində Yaxın Şərq regionunda yaranmış təhlükəli vəziyyət, Ukrayna münaqişəsi və insan hüquqlarına münasibətdə ikili standartlardan qaçınmaq zərurəti də daxil olmaqla, qarşılıqlı maraq doğuran və ya narahat edici bir sıra mövzular ətrafında səmərəli söhbət apardım. İranın xarici işlər naziri bəyan edib: Bu görüşdə mən vurğuladım ki, Avropa İttifaqı bəzi üzvlərinin İsrailə dəstəyini dayandırmalı və bunun əvəzində İsrailin regionda böhranı genişləndirməsinin qarşısını almaq üçün vahid mövqe tutmalıdır.