Tarix : 2024 Sep 29
Kod 65024

Ayətullah Xamenei: Müqavimət cəbhəsinin məhvə doğru gedən sionist rejimə zərbələri daha sarsıdıcı olacaq

İslam İnqilabının Ali Rəhbəri: Müqavimət liderinin yolu və məktəbi davam edəcək - Müqavimət cəbhəsinin sionist rejimin köhnəlmiş və məhvə doğru gedən bədəninə zərbələri daha sarsıdıcı olacaq.
arannews:irna-Bismillahir-Rəhmanir-Rəhim

Biz Allaha məxsusuq və Ona qayıdacağıq

Əziz İran xalqı

Böyük İslam ümməti

Böyük mücahid, bölgədəki müqavimətin bayraqdarı, dinin fəzilətli alimi və müdrik siyasi lider Seyid Həsən Nəsrullah (Allah ondan razı olsun) dünən gecə Livanda baş verən hadisələrdə şəhidlik feyzinə nail oldu və mələkut aləminə pərvaz etdi. Müqavimətin əziz seyidi Allah yolunda onilliklər boyu apardığı cihadın və onun çətinliklərinin mükafatını müqəddəs bir mübarizə zamanı aldı. Beyrut ətrafındakı sığınacaqsız qalmış, evləri dağıdılmış, əzizləri qətlə yetirilmiş insanların müdafiəsi üçün layihə işləri ilə məşğul olarkən şəhid oldu, necə ki, onilliklər ərzində Fələstinin məzlum, şəhər və kəndləri işğal edilmiş, evləri dağıdılmış və yaxınları qətlə yetirilmiş xalqını müdafiə etmək üçün planlar hazırlamış, tədbir görmüş və cihad etmişdi. Şəhidlik feyzi bu qədər mübarizədən sonra onun qəti haqqı idi.

 

İslam dünyası böyük şəxsiyyətini; müqavimət cəbhəsi görkəmli liderini; Livan Hizbullahı isə misilsiz rəhbərini itirdi, lakin onun bir neçə on illik tədbir və cihadının bərəkəti heç vaxt itməyəcək. Onun Livanda qurduğu təməl və digər müqavimət mərkəzlərinə verdiyi istiqamət onun itkisi ilə nəinki yox olmayacaq, onun və digər şəhidlərin qanının bərəkəti ilə bu iş daha da möhkəmlənəcək. Allahın köməyi ilə müqavimət cəbhəsinin sionist rejimin köhnəlmiş və məhvə doğru gedən bədəninə zərbələri daha sarsıdıcı olacaq. Sionist rejimin şər mahiyyəti bu hadisədə qalib gəlməyib.

 

Müqavimət seyidi bir şəxs deyil, bir yol və məktəb idi və bu yol davam edəcək. Şəhid Seyid Abbas Musəvinin qanı yerdə qalmadı, şəhid Seyid Həsənin də qanı yerdə qalmayacaq.

 

Əziz Seyidin, ondan əvvəl oğlu Seyid Hadini Allah yolunda vermiş hörmətli xanımını, onun sevimli övladlarını, bu hadisənin şəhidlərinin ailələrini, Hizbullahın hər bir şəxsini, Livanın əziz xalqını və yüksək vəzifəli rəsmilərini, bütün müqavimət cəbhəsini və bütün İslam ümmətini böyük Nəsrullahın və onun şəhid yoldaşlarının şəhadəti münasibətilə təbrik edir və onlara başsağlığı verirəm və İslami İranda beş günlük ümumxalq matəm elan edirəm. Allah onları Öz dostları ilə məhşur etsin.

  • Yazılıb
  • da (də) 2024 Sep 29
  • Göndərən رضا رستمی