İran İslam Respublikasının xarici işlər naziri Tehranda Livanın Hizbullah hərəkatının nümayəndəsi ilə görüşdə şəhid Nəsrullahın qanı sayəsində müqavimətin gələcəkdə daha güclü olacağını və yekun qələbənin müqavimətə və region xalqlarına nəsib olacağını bildirib.
arannews:parstoday-Seyid Abbas Əraqçi cinayətkar İsrail rejiminin bu terror cinayətini qətiyyətlə pisləyərək vurğulayıb: “İsrail rejimi bu cür cinayətlər törətməklə və müqavimət liderlərinə sui-qəsd etməklə nəinki Fələstində və regionda öz pis və çirkin məqsədlərinə çatmayacaq, həm də şəhid Nəsrullahın və bütün müqavimət şəhidlərinin pak qanı zalımlar üzərində qələbəni qətiləşdirəcəkdir. İranlı nazirin sözlərinə görə, şəhid Nəsrullahın qanı sayəsində güclü müqavimət ağacı gələcəkdə daha da möhkəmlənəcək.
Əraqçi həmçinin İran İslam Respublikasının sionist rejimin təhdidləri ilə mübarizədə Livan xalqının müqavimətinə dəstəyini artıracağına təkid edib.
Livanın Hizbullah hərəkatının İrandakı nümayəndəsi Seyid Abdullah Səfiəddin da bu görüşdə Hizbullah baş katibinin sionist rejimə qarşı mübarizə və müqavimətdə keçdiyi parlaq yolu yüksək qiymətləndirib və deyib ki, məzlum Fələstin xalqının müdafiəsi Seyid Həsən Nəsrullahın dostları və tələbələri və müqavimət gəncləri tərəfindən qüdrətlə davam edəcək.