İslam İnqilabının Ali Məqamlı Rəhbəri buyurub: Əgər ABŞ Qərbi Asiya regionunda şər mövcudluğuna son qoyarsa, müharibələr sona çatacaq.
arannews:parstoday-İslam İnqilabının Ali Məqamlı Rəhbəri çərşənbə günü səhər bir qrup elita, görkəmli elmi istedadlar, olimpiadalar və universitetə qəbul imtahanında yüksək nəticə göstərən tələbələr ilə görüş zamanı buyurublar: "Bölgədə problemlərin əsas səbəi ABŞ və bəzi Avropa ölkələri kimi yalandan sülh və təhlükəsizlik tərəfdarı olanların mövcudluğudur və buna əsasən, regionda müharibə və münaqişlərə son qoymağın yeganə yolu onların şərlərini regiondan uzaqlaşdırmalarıdır". Ali Məqamlı Rəhbər davamında Səddamı İrana hücuma tərhik etdiklərini və ondan sonra yaşanan acı və çətin günləri Amerika və Qərbin regionda müharibə qızışdırmasının nümunəsi hesab ediblər və əlavə ediblər: "Onun zirvəsi Ərbəin Yürüşündə təcəlli edən İran və İraq arasındakı hazırki məhəbbət region problemlərinin əsas səbəbinin yalançı sülh iddiaçıları olduğunu göstərən, ən bariz nümunədir. Ümid edirik ki, Allahın lütfü, böyük İran xalqının səyləri, İslam İnqilabının ilhamlarının köməyi və digər ölkələrin əməkdaşlığı ilə onların şərri regiondan uzaqlaşacaq".
Həzrət Ayətullahül-üzma Xamenei davamında elitaların olmasını və onların yetişməsi üçün zəmin yaradılmasını ölkənin ən mühüm sərvətlərindən hesab ediblər və buyurublar: Elitaların yetişdirilməsi üçün ən mühüm məsələ zəkanın dərəcəsidir və bu baxımdan İran dünyanın aparıcı ölkələrindən biridir.
Ali Məqamlı Rəhbər dünyada elm sahəsində sürətli inkişaflara işarə edərək, elitaları elmi intibah üçün səy göstərməyə çağırıb və vurğulayıblar: "Ölkənin intibah və yeni elmi hərəkata ehtiyacı var və bu, elitanın və elmi və tədqiqat mərkəzlərinin vəzifəsidir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri yeni elmi hərəkat və elmi intibah yaratmağın elitaların cihadı olduğunu bildirərək, yeni elmi intibahın rəqiblər və müxaliflər üzərində üstünlüklərə səbəb olacağını vurğulayıblar və əlavə ediblər: Elmi və texnoloji üstünlüyün nəticələrindən biri də budur ki, düşmənin Qəzzə və Beyrutun Zahiyyə bölgəsinin əhalisinə zərbə endirməsinin qarşısını alır və insanların və gənclərin qəlbini yandıran müharibələrə mane olur.