Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Qərbin Ermənistana yardımı sabitliyi pozur.
arannews:parstoday-Mariya Zaxarova deyib: “ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana pul yardımının artırılması Ermənistanda Qərb fəaliyyətinin sabitliyi pozan xarakterini təsdiqləyir”. Onun sözlərinə görə, bu cür təcrübələrin artıq keçirildiyi qonşu dövlətlərin və dünyanın digər ölkələrinin faktlarını, tendensiyalarını, təcrübələrini görməmək mümkün deyil. Milli yönümlü siyasət yürüdənlər, tarixi bilənlər, milli maraqlardan çıxış edənlər, siyasətdən müvəqqəti piar kimi istifadə etməyən, dövlət xadimi olanlar, ölkəsini və xalqını düşünənlər bundan kənar dura bilər.
Xatırladaq ki, daha əvvəl USAID-nin Ermənistana maliyyə yardımını iki dəfədən çox artırmaq - 120 milyon dollardan 250 milyon dollara çatdırmaq qərarına gəldiyi məlum olmuşdur.