Tarix : 2024 Oct 05
Kod 65036

Müəzzəm Rəhbərin cümə xütbələrindən

İslam inqilabının aliməqam rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei: Quranın müsəlmanlar üçün siyasəti bundan ibarətdir ki, müsəlman xalqlar və qruplar bir-biri ilə həmrəy olsunlar.
arannews:parstoday-İslam inqilabının aliməqam rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei: Quranın müsəlmanlar üçün siyasəti bundan ibarətdir ki, müsəlman xalqlar və qruplar bir-biri ilə həmrəy olsunlar.Bu gün islam ümməti düşmənlərin “təfriqə sal hökm sür” siyasətinə qalib gələ biləcək durumdadır. Düşmən birdir sadəcə onun müxtəlif ölkələrə qarşı metodldarı fərqlidir. Hər bir xalqın öz torpağını, evini, ölkəsini, mənafeyini müdafiə etmək hüququ var. Fələstin xalqının onun torpağını, evini işğal edən, tarlasını dağıdan, həyatini məhv edən düşmənə qarşı durmaq haqqı var. Heç bir məhkəmənin, beynəlxalq təşkilatin Fələstin xalqına qəsbkar sionist rejimə qarşı sinəsini sipər etdiyinə görə etiraz etmək haqqı yoxdur. Kimsənin hansısa beynəlxalq qanuna istinad edərək Livan xalqına, Livan Hizbullahına Qəzzəni, Fələstin xalqının qiyamını dəstəklədiyinə görə etiraz etmk haqqı yoxdur. İranın silahlı qüvvələrinin iki-üç gecə öncə həyata keçirdiyi parlaq təşəbbüsü tamamiylə qanuni idi. Bu sionist rejimin heyrətləndirici cinayətlərinə qarşı minimum cəza idi. İran İslam Respublikası bu sahədə(sionist rejimin cinayətlərinə qarşı) üzərinə düşən vəzifəni möhkəm və qətiyyətlə yerinə yetirəcək. Biz bu vəzifəni yerinə yetirməkdə nə gecikirik nə də tələsirik, qüsura da yol vermirik.
​​​​​​
  • Yazılıb
  • da (də) 2024 Oct 05
  • Göndərən رضا رستمی