Xarici İşlər naziri deyib: “Əminik ki, Qüds və Fələstin şəhidi olaraq şəhid Nəsrullahın qanı və Fələstin və Livandakı digər müqavimət şəhidlərinin qanı müqavimət ağacını daha da möhkəmləndirəcək və sionist düşmənə qarşı son qələbəyə səbəb olacaq.”
arannews:irna-Fələstin müqavimət qruplarının liderləri və rəsmiləri İran İslam Respublikasının Dəməşqdəki səfirliyində Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə görüşdə Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı İslam İnqilabının Ali Rəhbərinə, İran hökuməti və xalqına başsağlığı veriblər, Hizbullah və onun şəhid Baş katibinin Fələstin və Qüdsü dəstəkləməkdə əvəzolunmaz rolunu təqdir ediblər, İran İslam Respublikasının region xalqlarının sionist işğalçılara qarşı haqlı müqavimətinə verdiyi dəstəyi yüksək qiymətləndiriblər. Xarici İşlər naziri də çıxışında Hizbullah Hərəkatının Baş katibi və müqavimətin digər komandirlərinin şəhid olması ilə bağlı qarşılıqlı olaraq başsağlığı verərək deyib: “Əminik ki, Qüds və Fələstin şəhidi olaraq şəhid Nəsrullahın qanı və Fələstin və Livandakı digər müqavimət şəhidlərinin qanı müqavimət ağacını daha da möhkəmləndirəcək və sionist düşmənə qarşı son qələbəyə səbəb olacaq.”
Xarici İşlər naziri Livan və Suriyaya səfərinin açıq mesajına və Ali Məqamlı Rəhbərin Nəsr Cüməsi xütbələrindəki iqtidarlı sözlərinə işarə edərək, İran İslam Respublikasının Fələstin və Qüds ideyasına dəstək və 14-cü hökumətdə sionist işğalçı rejimə qarşı regionda müqaviməti hərtərəfli dəstəkləməkdə prinsipial siyasətinin davam etdirilməsini vurğulayıb.