Tarix : 2024 Oct 09
Kod 65044

Əraqçi: 14-cü hökumət Fələstin ideallarını müdafiə etmək öhdəliyinə sadiqdir

Xarici işlər naziri deyib: 14-cü hökumət Fələstinin prinsip və ideallarını müdafiə etmək üçün möhkəm əhdə sadiq qalacaq və "Doğru vəd 1 və 2" əməliyyatı istənilən təcavüzkar hərəkətin İranın cavabı ilə qarşılanacağı barədə İranın iradəsini göstərdi.
arannews:parstoday-Xarici işlər naziri Seyid Abbas Əraqçi "Əl-Əqsa tufanı; Nəsrullahın başlanğıcı” iclasında dedi: Şübhəsiz ki, Ali Məqamlı Rəhbərin dediyi kimi, bu əməliyyat sionist rejim üçün ağır məğlubiyyət təcrübəsini daddırmışdır. 

O dedi: Sionist rejimlə mübarizə tarixində ilk dəfə olaraq islami müqavimətin iqtidarını döyüş meydanlarında göstərə bildi. 

Əraqçi bəyan edib: 14-cü hökumət Fələstinin prinsip və ideallarını müdafiə etmək üçün möhkəm əhdə sadiq qalacaq.  "Doğru vəd 1 və 2" əməliyyatı istənilən təcavüzkar hərəkətin İranın cavabı ilə qarşılanacağı barədə İranın iradəsini göstərdi. 

O əlavə etdi: Mənim Suriya və Livana səfərimin mesajı budur ki, İran bütün gücü ilə müqaviməti dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək. 

Əraqçi deyib: Biz sionist rejimə İranın iradəsini sınamamağı tövsiyə edirik. İrana qarşı istənilən hücuma daha güclü cavab veriləcək. 

Xarici işlər naziri bəyan edib: Biz nə tərəddüd edirik, nə də cavab verməyə tələsirik. İranın infrastrukturuna istənilən hücuma sərt cavab veriləcək.

  • Yazılıb
  • da (də) 2024 Oct 09
  • Göndərən رضا رستمی