Tarix : 2024 Oct 12
Kod 65048

Əraqçi: Bu çətin dövrün öhdəsindən gəlmək üçün regionun sayıqlıq, müdriklik, cəsarət və əməkdaşlığa ehtiyacı var

Xarici işlər naziri deyib: Bu çətin dövrü keçmək üçün regionun sayıqlıq, müdriklik, cəsarət və əməkdaşlığa ehtiyacı var.
arannews:parstoday-Seyid Abbas Əraqçi 10 oktyabr 2024-cü il cümə axşamı səhəri X sosial şəbəkəsində yazıb: Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla ortaq maraq doğuran həyati mövzularda çox mühüm müzakirələr apardım.

O əlavə edib: İsrail rejimi bütün bölgəni fəlakətə sürükləyir.

Əraqçi bildirib ki, bu çətin dövrü keçmək üçün regionun sayıqlığa, müdrikliyə, cəsarətə və əməkdaşlığa ehtiyacı var.

  • Yazılıb
  • da (də) 2024 Oct 12
  • Göndərən رضا رستمی