Tarix : 2024 Oct 14
Kod 65052

Əraqçı: Bölgə həyəcanlı vəziyyətdədir - İran həm müharibəyə, həm də sülhə hazırdır

Tehran - İRNA - İraqda səfərdə olan Xarici İşlər naziri deyib: “Biz müharibə vəziyyətinə tam hazırıq. Müharibədən qorxmuruq, amma onu istəmirik, Qəzzə və Livanda ədalətli sülh üçün çalışacağıq.”
arannews:irna-İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi Bağdadda İraqın Xarici İşlər naziri Fuad Hüseynlə görüş və müzakirədən sonra birgə mətbuat konfransında deyib: “Regionumuz indi çox təhlükəli çağırışlarla üz-üzədir və xəbərdarlıq vəziyyətindədir. Ona görə də bölgədəki dostlarımızla, xüsusən də İraqdakı dostlarımızla yaxından məsləhətləşmələrimiz lazım idi.”

 

Xarici İşlər naziri əlavə edib: “Biz həmişə mühüm ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə etmişik və iki ölkə arasında çoxlu səfərlər olub. Axırıncı dəfə İran Prezidenti cənab doktor Pezeşkiyan Bağdada səfər etdi və müxtəlif şəhərlərə getdi.”

 

Əraqçi vurğulayıb: “Qeyd etdiyim kimi, bölgə həyəcanlı vəziyyətdədir. Münaqişə və gərginlik ehtimalı çox yüksəkdir. Bütün bunların kökü sionist rejimin Qəzzədə başlayan və hazırda Livana qədər uzanan cinayətlərindədir. Bunun regionun digər ölkələrinə də sirayət etməsi və bölgəni çox təhlükəli vəziyyətə, genişmiqyaslı müharibəyə cəlb etməsi ehtimalı var.”

 

“Biz müharibə vəziyyətinə tam hazırıq. Biz müharibədən qorxmuruq, amma müharibə istəmirik. Qəzzədə və Livanda ədalətli sülh üçün çalışacağıq. Biz bölgədəki dostlarımızla, xüsusən də İraqdakı dostlarımızla bu mövqedə ortaq nəzərə sahibik. Hesab edirik ki, sionist rejimin cinayətləri və təcavüzləri tez bir zamanda dayandırılmalı və atəşkəs bərqərar edilməlidir” - deyə, Xarici İşlər naziri bəyan edib.

  • Yazılıb
  • da (də) 2024 Oct 14
  • Göndərən رضا رستمی