Ümumdünya İslami Oyanış Forumunun baş katibi Avropa İttifaqı və İngiltərənin tətbiq etdiyi yeni sanksiyaları pisləyərək, İranın üç adanın sahibi olduğunu vurğulayaraq əlavə edib: İranın üç adası İslami İran ərazisinin ayrılmaz hissəsidir.
arannews:parstoday-Əli Əkbər Vilayəti cümə axşamı günü verdiyi bəyanatda bildirib: Sionist rejimin Qəzza, Livan və digər region ölkələrinin məzlum xalqlarına qarşı törətdiyi dəhşətli cinayətlərdən bir ildən artıq vaxt keçir. Qərblilərin dəstəyi ilə mərkəzi Amerika olan bu qəddar rejim humanitar prinsiplərə və beynəlxalq qanunlara məhəl qoymadan bəşər tarixində misli görünməmiş cinayətlər törədir. Bu bəyanatda əlavə olunur: Amerikalılar bu rejim və onun qaniçən baş nazirinin tələb etdiyi hər hansı silah və imkanları heç bir məhdudiyyət və mülahizə olmadan ona verirlər və zahirdə vasitəçi rolunu oynayırlar, amma əslində müsəlmanlara qarşı bütün bu cinayətlərdə, soyqırımlarda ortaqdırlar.
Doktor Vilayəti bu açıqlamada vurğuladı: ABŞ və İngiltərənin ən müqəddəs İslam torpaqlarından birində apardıqları bu vəkil müharibəsi mütləq uğursuzluğa düçar olacaq və müsəlmanların qələbəsi ilə sona çatacaq.
Bu bəyanatın davamında deyilir: Qərb bilməlidir ki, İrana təzyiq göstərməklə, ölkəmizin hava yollarını boykot edilməsində olduğu kimi, heç bir şər məqsədlərinə nail olmayacaq və bu 45 il ərzində böyük xalqımız belə bədxah əməllərin şahidi olub və bu qadağalardan hər zaman fürsətlər yaradıb.
Ali Məqamlı Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Avropa İttifaqı və Fars Körfəzi Əməkdaşlıq Şurasının bəyanatını da pisləyib və əlavə edib: Üç İran adası İslami İran ərazisinin ayrılmaz hissəsidir və İran İslam Respublikası heç bir xarici tərəfə öz daxili işlərinə qarışmaq icazə vermir.
Vilayəti bu bəyanatında vurğuladı: Aydınlaşdırmalı və vurğulamalıyam ki, İran İslam Respublikası üç adanın əsas sahibi olaraq milli və regional maraqlar əsasında bədxahların hərəkətlərini diqqətlə izləyir və ölkəmizin ərazisinə hər hansı təcavüzlə bağlı lazımi cavabı verəcək və bu mənsubiyyətin əminliyinə bu cür zəif iclaslar və əsassız iddialar xələl gətirməyəcək.