İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani düşmənlərin istənilən avantürasına qətiyyətlə cavab veriləcəyini vurğulayaraq deyib: “Düşmənlərin istənilən hücumuna reaksiyamız çox sərt olacaq və onlara ağır zərbə vurulacaq.”
arannews:irna-İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani “Əl-Mayadin” telekanalına müsahibəsində bildirib: “Düşmənlərin təhdidləri onların zəifliyindən qaynaqlanır və onlar bizə qarşı özünü göstərmək istəyirlər.” Admiral əlavə edib: “Ötən onilliklər ərzində biz düşmənlərin bütün təhdid və sui-qəsdləri, onların sanksiyaları ilə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq.”
Şəhram İrani vurğulayıb: “İslam İnqilabının Böyük Rəhbərinin dediyi kimi, düşmənlərin hərəkətləri qarşısında mülayimlik göstərməyəcəyik, reaksiyamız hesablanmış və vaxtında olacaq.”