Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə iki ölkənin hökumətlərarası birgə komissiyanın növbəti iclasının Tehranda keçiriləcəyini bildirib.
arannews:parstoday-APA-nın verdiyi məlumata görə , Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə 14-15 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri və baş tutan görüşləri səmərəli adlandırıb. “Baş nazirin müavini İran İslam Respublikasının Prezidenti tərəfindən qəbul olundu, İranın xarici işlər, yol və şəhərsalma, energetika, neft, iqtisadiyyat və maliyyə nazirləri ilə uğurlu və səmərəli görüşləri baş tutdu”,-səfir deyib.
Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olundu, eləcə də gündəmdə olan müştərək layihələr, regional və ikitərəfli məsələlər nəzərdən keçirildi”,-Əli Əlizadə deyib.
Səfirin bildirdiyinə görə, “keçirilən qəbul və görüşlərdə Azərbaycan-İran əlaqələrinin daha da gücləndirilməsi və əməkdaşlığın artırılması vurğulandı, iki ölkə arasında fəaliyyət göstərən hökumətlərarası birgə komissiyanın növbəti iclasının tezliklə yaxın aylarda Tehranda keçirilməsi qərara alındı”.