Prezident İran İslam Respublikasının mesaj və hərəkətinin sülh və dostluğun genişləndirilməsi, sionist rejimin mesaj və hərəkətinin isə cinayət, qətl və müharibə alovlandırması olduğunu bəyan edərək deyib: “İnanırıq ki, müharibə ölkələrin inkişafına mane olur. Buna görə də biz bölgədə gərginliyin və münaqişənin yayılmasının qarşısını almağa qətiyyətlə çalışmışıq və çalışırıq, amma sionist rejim yalnız müharibə və münaqişə axtardığını sübut etdi.”
arannews:irna-BRİKS qrupunun 16-cı sammitində iştirak etmək üçün Rusiya Prezidentinin dəvəti ilə Kazana səfər edən doktor Məsud Pezeşkiyan bu sözləri çərşənbə axşamı, axşam saatlarında Rusiyaya səfər planlarının birinci hissəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşündə deyib. Görüşdə İran İslam Respublikasının Prezidenti və Hindistanın Baş naziri ən mühüm ikitərəfli məsələlər və ikitərəfli əlaqələrin genişləndirilməsi yolları, həmçinin regional hadisələri müzakirə ediblər, regionda münaqişələrin dayandırılmasının və insan hüquqları sahəsində ikili standartların tətbiqinə yol verilməməsinin zəruriliyini vurğulayıblar.
Bu görüşdə Hindistanın Baş naziri də bundan əvvəl İrana səfər etməsinə və İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşünə işarə edərək, öz səfərini yaddaqalan adlandırıb, doktor Pezeşkiyandan onun salamlarını Ali Məqamlı Rəhbərə çatdırmağı xahiş edib. Baş nazir deyib: “Sizin rəhbərliyiniz altında İranla əməkdaşlığı genişləndirmək Hindistanın gözləntisi və arzusudur.”
Qəzzə və Livanda günahsız insanların qətliam edilməsini Hindistan baxımından qəbuledilməz olduğunu, bölgədə sülh və əmin-amanlığın bərqərar olması məqsədi ilə məsləhətləşmələr apardığını bəyan edən Modi deyib: “Mən də sizinlə razıyam ki, insan haqları sahəsində ikili standartlar olmamalıdır.”