Prezident İrana dəstəyinə görə Rusiyaya təşəkkür edərək deyib: “Ümid edirik ki, bu ölkənin köməyi ilə Amerika totalitarizmi və onun sanksiyaları prosesini qıracağıq.”
arannews:irna-Prezident Məsud Pezeşkiyan bu gün günortadan sonra Rusiyanın Kazan şəhərində keçirilən BRİKS liderlərinin iki günlük sammiti çərçivəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb. Prezident Pezeşkiyan Putinlə görüşündə deyib: “Dəvətiniz üçün sizə təşəkkür edirəm; Kazanda olmaqdan xoşbəxtəm.”
Prezident əlavə edib: “Qardaşlarımızla danışdım ki, görüşümüz üçün müqavilələri yekunlaşdırsınlar ki, biz onları (müqavilələri) imzalaya bilək.”
Doktor Pezeşkiyan deyib: “Problemləri şəxsən izlədim. Hesab edirəm ki, sizinlə münasibətimiz strateji münasibətlərdir və bu qaçılmazdır. Bu, Rusiya üçün olduğu kimi, bizim üçün də mütləq faydalıdır.”
“Sizin dəstəyinizlə daimi üzvü olduğumuz BRİKS çərçivəsində də konstruktiv qarşılıqlı fəaliyyətimiz ola bilər. Biz bu prosesi mütləq güclü şəkildə davam etdirəcəyik” - deyə, Prezident vurğulayıb.
Dövlət başçısı bildirib: “Ümid edirik ki, bu siyasətləri və burada təklif olunan uca baxışı həyata keçirəcəyik,
Amerikanın sizə və bizə qarşı tətbiq etdiyi sanksiyanı, dünyada həyata keçirdiyi totalitarizm prosesini poza biləcəyik.”
Rusiya Prezidenti də bu görüşdə Rusiya və İranın beynəlxalq və regional məsələlərə yanaşmalarının eyni və ya yaxın olduğunu bəyan edərək deyib: “Biz ədalətli və çoxqütblü dünya sisteminin formalaşmasına və Birləşmiş Millətlər Təşkilatının əsas rolunu qoruyub saxlamağa çalışırıq.”
Vladimr Putin deyib: “Mənim salamlarımı və ən xoş arzularımı Ayətullah Xameneiyə çatdırsanız, lütf etmiş olarsınız. Biz onun konstruktiv mövqelərini yüksək qiymətləndiririk.”
Rusiya Prezidenti vurğulayıb: “Şimal-cənub dəmir yolu infrastrukturunun inkişafı, ikinci və üçüncü Buşehr elektrik stansiyalarının tikintisi planlarımız arasındadır və ikitərəfli strateji tərəfdaşlıq sahəsində yeni sazişlər imzalayacağıq.”