Tarix : 2024 Oct 28
Kod 65080

Ali Milli Təhlükəsizlik Şurasının katibi: Sionist rejim dünya xalqlarının baxışında öz legitimliyini itirib

Ali Milli Təhlükəsizlik Şurasının katibi bu gün dünyada hamının İsraili işğalçı, Fələstin xalqını isə azadlıq istəyən və azadlıq uğrunda mübarizə aparan bir xalq kimi tanıdığını bəyan edərək vurğulayıb: “Bu gün sionist rejim dünya xalqlarının baxışında öz legitimliyini itirib və Fələstinin bayrağı ucalıb.”
arannews:irna-Ali Məqamlı Rəhbərin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Əli Əhmədiyan mücahid qəhrəman şəhid Yəhya Sinvarın xatirəsinin anılması və başsağlığı vermək üçün HƏMAS-ın Tehrandakı ofisinə gəlib və HƏMAS-ın nümayəndəsi Xalid Qudumi ilə görüşüb.

Əli Əkbər Əhmədiyan HƏMAS-ın Siyasi Ofisinin rəhbərinin şəhadətinə toxunaraq deyib: “Şübhəsiz ki, bu gün şəhid Sinvarın mesajı əziz qardaşımız cənab Sinvardan daha güclü olacaq, onun cihadı daha nüfuzlu və Fələstin xalqının mübarizəsinə təsiri daha davamlı olacaq.”
Ali Məqamlı Rəhbərin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi əlavə edib: “Bu gün meydan müqavimətin vəziyyətini göstərir. Bir il keçməsinə baxmayaraq sionist düşmən öz məqsədlərinə çata bilməmişdir. Onun Fələstin xalqı, Fələstin müqaviməti və Livan müqavimətini təslim və məğlub edə bilməməsindən yaranan acizliyinin təsirləri danışığında, davranışında və üzündə aydın görünür.”
Əhmədiyan müqavimət cəbhəsinin qalib gələcəyini və məqsədlərinə çatacağını vurğulayaraq deyib: “Bu gün müqavimət dünyada böyük bir cərəyanın diqqətini özünə çəkə bilmişdir. Bu əməliyyatın başlanğıcında dünyada bir çox insanlar Fələstini tanımırdılar. Bəlkə də illərdir Fələstinə və onun mübarizlərinə qarşı aparılan təbliğat dünya insanlarının və mütaliəsi az olanların beynində terrorçu təsəvvürü yaratmışdı.”
Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: “Bu gün dünyada hamı İsraili işğalçı, Fələstin xalqını isə azadlıq axtaran və azadlıq uğrunda mübarizə aparan xalq kimi tanıyır. Bu, şəhid Sinvarın, Fələstin xalqının, HƏMAS və Qəzzə mübarizlərinin böyük nailiyyətidir.”

  • Yazılıb
  • da (də) 2024 Oct 28
  • Göndərən رضا رستمی