Tarix : 2024 Oct 29
Kod 65083

İranın Xarici İşlər naziri ərəbistanlı həmkarına İsrailin təcavüzünü tez bir zamanda pislədiyinə görə təşəkkür edib

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Əmir Feysəl bin Fərhanın İran İslam Respublikasının Xarici İşlər naziri doktor Seyid Abbas Əraqçi ilə telefon danışığında regiondakı son hadisələr müzakirə edilib və fikir mübadiləsi aparılıb.
arannews:irna-Səudiyyə Ərəbistanının Xarici İşlər naziri telefon danışığında sionist rejimin İranın suverenliyi və ərazi bütövlüyünü pozan təcavüzkar hərəkətini pisləməkdə bu ölkənin mövqeyini vurğulayaraq, qeyri-sabitliyin yayılmasının qarşısını almaq üçün regionun bütün ölkələrinin səylərini zəruri hesab edib.

Ölkəmizin Xarici İşlər naziri sionist rejimin hərəkətlərini pisləməkdə çevik mövqe tutduğuna görə Səudiyyə Ərəbistanına təşəkkür edərək, İsrailin cinayətlərini, Qəzzə və Livanda insanların amansızcasına öldürülməsini dayandırmaq üçün İslam ölkələrinin koordinasiyasını istəyib.

Telefon danışığında tərəflər bir-biri ilə davamlı təmas və məsləhətləşmələrin zəruriliyini vurğulayıblar.

  • Yazılıb
  • da (də) 2024 Oct 29
  • Göndərən رضا رستمی