arannews:parstoday- Xarici işlər naziri Seyid Abbas Əraqçinin Hizbullah lideri Şeyx Nəim Qasimə ünvanladığı təbrik məktubunda bildirilir: “Şübhəsiz ki, bu dəyərli seçim Livan islami müqavimətinin sionist terror rejimi ilə mübarizə sahəsində mübarək həyatında yeni bir səhifə açacaq, Livanda müqavimət ağacı sizin Baş katibliyiniz dövründə keçmişdən daha güclü və daha məhsuldar şəkildə davam edəcəkdir”. Əraqçi məktubun davamında yazıb: “Qətiyyətlə inanıram ki, Həzrət Haqqın köməyi və əziz Livan gəncinin rəşadətliyi ilə tezliklə biz şər və terror oxuna qarşı mübarizədə müqavimət cəbhəsinin son qələbəsinin şahidi olacağıq, dostlar və düşmənlər müqavimətin canlı olduğunu və yaşayağını etiraf edəcəklər, müqavimət liderlərinin pak qanı bu günün gəncləri və gələcək nəsillər üçün ilham və bələdçi olaraq qalacaqdır”.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi General-leytenant Məhəmməd Baqiri isə öz təbrik məktubunda bildirib ki, Livan Hizbullahının yeni baş katibinin seçilməsi sionist rejimin süqutu prosesini sürətləndirəcək.
Məktubda deyilir: “Livan Hizbullah Hərəkatnın baş katibinin seçilməsi qürurlu müqavimət cəbhəsi və Livan Hizbullahının böhranları aradan qaldırmaq üçün iqtidarının, hazırlığının və artan imkanlarının təzahürüdür”.
General Baqiri vurğulayıb: “İslam ümməti və Qüdsi-şərifin azadlığı uğrunda mübarizə aparan mömin mücahidlər əmindirlər ki, müqavimətin şəhid Seyyidinin saleh və cəsur varisi qəhrəman və izzətli Hizbullaha iqtidarla rəhbərlik edəcək, onu böyük müqavimət cəbhəsinin, xüsusən də əziz Livanın izzət, əzəmət və şərəf mənbəyi edəcəkdir”.
Baqiri yazıb: “Uca Allahdan o zəkalı alim, müdrik və cəsur rəhbər üçün müqavimət şəhidlərinin, xüsusən də höccətül-islam vəl-müslimin şəhid Seyid Həsən Nəsrullahın Livan xalqının və torpağının, eləcə də məzlum Fələstin ideyasının müdafiəsi yolunu davam etdirilməsində artan izzət və uğurlar diləyirəm”.