Tarix : 2024 Nov 01
Kod 65089

Əraqçi Əlcəzairə TŞ-nin iclasının keçirilməsində İranın tələbini dəstəklədiyinə görə təşəkkür edib

İranın Xarici İşlər naziri əlcəzairli həmkarı ilə telefon danışığında Əlcəzairin Fələstin və Livan xalqlarının dəstəklənməsində, eləcə də sionist rejimin ölkəmizə qarşı son təcavüzünü pisləməkdə və İran İslam Respublikasının bununla bağlı Təhlükəsizlik Şurasının iclasının keçirilməsi tələbini dəstəkləməsində güclü mövqeinə görə təşəkkür edib.
arannews:irna-Seyid Abbas Əraqçi cümə axşamı 31 oktyabrda Əlcəzairin Xarici İşlər naziri Əhməd Əttafla bölgədə baş verən hadisələrlə bağlı müzakirə aparıb.

Telefon danışığında tərəflər regiondakı təhlükəli vəziyyət, sionist rejimin Qəzzədə törətdiyi soyqırımı və Livana təcavüzünün dərhal dayandırılması üçün təsirli səylərin zəruriliyi barədə həmfikir olublar, İslam ölkələrinin, o cümlədən Ərəb və İslam ölkələri başçılarının qarşıdan gələn sammiti çərçivəsində koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıblar.

Əraqçi Əlcəzairə Fələstin və Livan xalqlarının dəstəklənməsində, eləcə də sionist rejimin ölkəmizə qarşı son təcavüzünü pisləməkdə və İran İslam Respublikasının bununla bağlı Təhlükəsizlik Şurasının iclasının keçirilməsi tələbini dəstəkləməsində tutduğu güclü mövqeyə görə təşəkkür edib.

  • Yazılıb
  • da (də) 2024 Nov 01
  • Göndərən رضا رستمی